Dərc edildi: Baxış sayı: 879
Türkiyə bu sülh danışıqlarına ev sahibliyi edə bilər
Türkiyə Taliban radikal hərəkatının nümayəndələri ilə Əfqanıstan hökuməti arasında sülh danışıqlarının raundlarından birini keçirməyə hazırdır.
Ens.az KONKRET.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Naziri Mövlud Çavuşoğlu bildirib.
“Hazırda Əfqanıstanın beynəlxalq ictimaiyyətin yardımına hər zamankındən daha çox ehtiyacı var. Biz bu prosesə öz töhfəmizi verməyə, o cümlədən danışıqların bir raundunu öz üzərimizə götürməyə hazırıq. “Asiyanın Ürəyi – İstanbul Prosesi” platforması sülh əldə edildikdən sonra da ölkənin dəstəklənməsi üçün istifadə oluna bilər”, – deyə Türkiyənin XİN başçısı vurğulayıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət