Slimfit
  1. DÜNYA

Türkiyə bu iki ölkə ilə ortaq televiziya kanalı açır

Türkiyə bu iki ölkə ilə ortaq televiziya kanalı açır
Sakura

Türkiyə bu iki ölkə ilə ortaq televiziya kanalı açır

Türkiyə, Pakistan və Malayziya islamafobiyanın ortaya çıxardığı çətinliklərə qarşı mübarizə aparmaq üçün ingilis-dilində ortaq televiziya kanalı quracaq. 

Qafqazinfo”nun “hurriyet”ə istinadən verdiyi xəbərə görə, bu barədə Pakistan Baş Naziri İmran Han bildirib.

Onun sözlərinə görə, bu, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Malayziyanın Baş Naziri Mahathir Muhammed ilə Nyu-Yorkda BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində üçtərəfli görüş zamanı qərara alınıb.

“Prezident Ərdoğan, Baş Nazir Muhammed və mən keçirdiyimiz toplantıda birləşərək islamafobiyanın yaratdığı problemlərə qarşı mübarizə aparmaq və İslam dini haqqında yanlış məlumatları düzəltmək üçün ingilis-dilində televiziya kanalı qurmağa dair qərar verdik”, - deyə o, qeyd edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan Milli İncəsənət Muzeyinin açılışı. Bakı, 6 may 1937-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR