Türkiyə AÇ-2020-ni təkbaşına keçirmək istəyir
Türkiyə AÇ-2020-ni təkbaşına keçirmək istəyir.
Komanda.az AS nəşrinə istinadən xəbər verir ki, qardaş ölkə artıq bu ideyanı UEFA-ya təklif edib.
Türkiyə Futbol Federasiyası (TFF) ölkə başçısı Rəcəb Tayib Ərdoğanın UEFA-nın prezidenti Aleksander Çeferinlə yaxşı münasibətlərinə ümid edir. Türkiyə tərəfinin əsas arqumenti koronavirusa yoluxanların sayının digər ölkələrlə müqayisədə az olmasıdı. Lakin böyük ehtimalla, qardaş ölkədə də bu epidemiya yayılmağa davam edəcək. Üstəlik, nəinki AÇ-yə ev sahibliyi edəcək ölkələr, hətta iştirakçılardan da əksəri turnirin təxirə salınmasını istəyir. Bu üzdən də UEFA çempionatı ümumiyyətlə təxirə salmağı planlaşdırır.
Qeyd edək ki, AÇ-2020 12 iyun – 12 iyulda qitənin 12 şəhərində, o cümlədən Bakıda keçirilməlidi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət