Slimfit
  1. MƏŞHURLAR

Türkan Şoray Zeynəb Xanlarovanın hədiyyə etdiyi üzükdən danışdı

Türkan Şoray Zeynəb Xanlarovanın hədiyyə etdiyi üzükdən danışdı
Sakura

Türkan Şoray Zeynəb Xanlarovanın hədiyyə etdiyi üzükdən danışdı

“Azərbaycana dörd dəfə səfər etmişəm. Azərbaycanla bağlı yalnız xoş xatirələrim var. İlk dəfə 1970-ci illərdə filmimin premyerasına gəlmişdim. Xatırlayıram ki, tamaşaçılar izləyərkən göz yaşı axıdırdı, filmin ortasında isə hətta söylədilər ki, tərcüməyə belə ehtiyac yoxdur - hər kəs türk dilini çox gözəl başa düşür. İlk səfərimdə neft qoxusunu canına çəkmiş Xəzərin sahilindəki şəhəri gördüm”.

Oxu.Az xəbər verir ki, bu sözləri Türkiyənin məşhur aktrisası Türkan Şoray “Nargis Magazine”ə verdiyi müsahibəsində dilə gətirib.

Bakı barədə fikirlərini bölüşən türk dünyasının məşhur aktrisası növbəti səfəri zamanı hətta “dilinin tutulduğunu” deyib:

“Növbəti dəfə müstəqil Azərbaycana gəldiyimdə “dilim tutulmuşdu” – məni nağıllar şəhəri əhatə edirdi. Buraya səfərim gecə saatlarına təsadüf edirdi. Şəhərin bütün binaları işıqlandırılmışdı, sanki nağılda idim. Hətta yanacaqdoldurma məntəqələri də nağıl evləri kimi görünürdü.

Burada bir çox məşhur brend butiklər var, özünü Avropadakı kimi hiss edirsən. Bu illər ərzində hər şey çox dəyişib. Azərbaycan xalqı o qədər mehriban və istiqanlıdır ki, sizin ölkənizi mən ikinci evim kimi qəbul edirəm. Azərbaycana gəldikdə, özümüzü doğma məmləkətdə hiss edirik.  Bu, şablon ifadə deyil, həqiqətən belədir. Burada mənə böyük qayğı və diqqət ayırırlar”.

T. Şoray Xalq artisti, millət vəkili Zeynəb Xanlarova ilə rəfiqə olduğunu vurğulayaraq, onunla bağlı xatirələrini bölüşüb:

“Zeynəb Xanlarova ilə çox yaxşı dostuq, bir dəfə o mənə gözəl bir üzük hədiyyə etmişdi. Zeynəb xanım Türkiyəyə gəldiyində bir neçə dəfə mənim qonağım olub, tez-tez çay süfrəsi arxasında söhbət etmişik. Azərbaycana son səfərim zamanı mənə oteldə baş çəkmişdi”.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşalı kişi, 1890-cı il.

Redaktor seçimi

SON XƏBƏRLƏR