Türk ordusu Bakını bu xəritə əsasında azad edib
Bu gün 15 sentyabr Bakının erməni-bolşevik qüvvələrindən azad edilməsinin 101-ci ildönümüdür. Məhz 101 il bundan öncə Osmanlı ordusu Azərbaycan hərbçiləri ilə birlikdə Bakını düşmən qüvvələrindən azad etməklə şəhərdəki qırğın və qətliamlara son qoyub.
Hazırda İstanbulda olan Türk-İslam Araşdırmaları Mərkəzinin sədri, tarixçi alim Telman Nüsrətoğlu Moderator.az-a Osmanlı arxivindən maraqlı fotolar göndərib. Bu fotolardan biri Bakının 101 il öncəsi xəritəsidir. Hansı ki, türk ordusu Bakını məhz bu xəritə əsasında azad edib.
Digər bir sənəd isə türk-Azərbaycan hərbçilərinin Zəngəzurda 400 nəfər erməni hərbçisini məhv etdiyini, düşməni məğlubiyyətə uğratdığını əks etdirən sənəddir.
Hansı ki, sözügedən raport erməni ordusunun türk-Azərbaycan hərbçilərinin hücumu qarşsında davam gətirmədiyini, arxalarıyca çoxlu sayda ölü buraxaraq qaçdığını əks etdirir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət