Slimfit
  1. DÜNYA

Türk dövlətindən unikal addım: Antenalar yoxa çıxdı

Türk dövlətindən unikal addım: Antenalar yoxa çıxdı
Sakura

Türkmənistanda peyk antenaları satışdan yoxa çıxıb

Türkmənistanda peyk antenaları satışdan yoxa çıxıb.

Axar.az xəbər verir ki, bu barədə məlumatı “Azadlıq radiosu” yayıb.

“Peyk antenaları daha çox Aşqabadın Gülüstan, Summar, Altın Asır Gündoğar bazarlarında satışa çıxarılırdı. İndi bu antenalar satılmır. İddialara görə, bu antenaların satışı qadağan edilib. Belə ki, ticarətlə məşğul olanlara bu qadağa şifahi formada çatdırılıb və onlara əməl etməyəcəkləri təqdirdə ticarət hüquqlarının ləğv olunacağı bildirilib”, – deyə radionun müxbiri bildirib.

Radio qeyd edib ki, Türkmənistanda peyk antenaların 1990-cı illərdən bu yana yayılıb. Yerli əhali peyk antenaları vasitəsilə daha çox Rusiya və Türkiyə kanallarına baxır. Sərhəd bölgələrində isə daha çox özbək, qazax və Azərbaycan televiziyaları məşhurdur.

Ölkədə peyk antenalarının qadağası 2015-ci ildən başlayıb. Buna əsas səbəb kimi mərkəzləşdirilmiş kabel televiziyasına keçid göstərilib. Kabel televiziyasının dəyərinin son 8 ildə 5 dəfə artması insanların yenidən peyk antenalarına müraciət etməsiylə nəticələnib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əhməd Cavadın 1914 cü ildə Gəncə şəhərində yazdığı "Çırpınırdı Qara dəniz" şeirinin orjinal mətni

Redaktor seçimi

SON XƏBƏRLƏR