Slimfit
  1. CƏMİYYƏT

Turizm zonaları ilə bağlı qadağalar üçüncü oxunuşdan keçdi

Turizm zonaları ilə bağlı qadağalar üçüncü oxunuşdan keçdi
Sakura

Turizm zonaları ilə bağlı qadağalar üçüncü oxunuşdan keçdi

Azərbaycanda turizm zonalarında bir sıra fəaliyyətlər qadağan olunur.

Ens.az Qafqazinfo.az-a istinadən xəbər verir ki,bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Turizm haqqında” Azərbaycan Respublikasının Qanununa təklif olunan dəyişiklikdə öz əksini tapıb.

Layihəyə əsasən, turizm və rekreasiya zonalarının ərazisində bəzi fəaliyyət növlərinin həyata keçirilməsi (kimya sənayesi, metallurgiya, nüvə energetikası, tullantıların zərərsizləşdirilməsi və emalı müəssisələrinin fəaliyyəti) qadağan edilir.

Belə ki, layihə sözügedən zonaların xüsusiyyətləri nəzərə alınmaqla “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında”, “Təbii müalicə ehtiyatları, müalicə-sağlamlaşdırma yerləri və kurortlar haqqında”, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” və “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğunlaşdırma məqsədilə hazırlanıb.

Müzakirələrdən sonra dəyişikliklər səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Italiya

Redaktor seçimi

SON XƏBƏRLƏR