Turizm obyektlərinin layihələndirilməsi üçün yeni qayda təsdiq olundu
Azərbaycanda bəzi turizm və rekreasiya obyektlərinin layihələndirilməsi zamanı ətraf mühitə təsirin qiymətləndirilməsi tələb ediləcək.
Trend-in məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Turizm haqqında” qanuna dəyişikliklərdə təklif edilir.
Bu dəyişikliyə uyğun olaraq 300 nəfərdən çox tutumu olan turizm və rekreasiya obyektlərinin layihələndirilməsi ətraf mühitə təsirin qiymətləndirilməsi tələb olunan fəaliyyət növlərinin siyahısına daxil edilib.
Qeyd edilən obyektlərin fəaliyyəti ekoloji tələblərə uyğun olmadıqda və ya ilkin layihədə nəzərdə tutulandan fərqli üsullar tətbiq edildikdə həmin fəaliyyətə dair yenidən ətraf mühitə təsirin qiymətləndirilməsi aparılmalıdır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət