Dərc edildi: Baxış sayı: 613
Tural Piriyev: “Bağlanmış bankların qeyri-qanuni qəbul etdiyi əmanətləri qaytarmağa çalışacağıq”
“Azərbaycanda bağlanmış 4 bankın ("AGBank", "Amrah Bank", "Atabank" və "NBC Bank" ASC-lər) vaxtilə qanunsuz qəbul etdiyi əmanətlər müvəqqəti bloklanır”.
Ens.az “Report”-a istinadən xəbər verir ki, bunu bankların ləğvedicisi olan Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) icraçı direktoru Tural Piriyev keçirdiyi mətbuat konfrasında məlumat verib.
“Həmin əmanətlərlə bağlı araşdırma aparıb, onları blokdan çıxarmağa çalışacağıq. Əgər bu mümkün olmasa, Konstitusiya Məhkəməsinə müraciət etməklə qeyri-qanuni qəbul edilmiş əmanətləri qaytarmağa, bu məsələni vətəndaşların xeyrinə həll etməyə çalışacağıq”, - deyə o, qeyd edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət