Dərc edildi: Baxış sayı: 400
Trudo yenə seçkilərdə üstünlüyü ələ keçirdi
Kanada Baş naziri Castin Trudonun Liberal Partiyası ölkədə keçirilən parlament seçkisində liderlik edir.
Axar.az xəbər verir ki, bu məlumatı Kanada Mərkəzi Seçki Komissiyası yayıb. Məlumata görə, 338 seçki məntəqəsindən 288-də səslərin hesablanmasından sonra liberalların 37,5% səs topladığı bəlli olub.
Sonrakı yeri 31,1% səslə Mühafizəkarlar Partiya tutub. Növbəti pillələrdə isə Caqmit Sinqxin rəhbərlik etdiyi Yeni Demokratlar Partiyası, Kvebek Bloku və Yaşıllar Partiyası yer alıb.
Qeyd edək ki, bu, Kanadada 43-cü parlament seçkisidir. Seçki parlamentin aşağı palatasına keçirilir. Əsas mübarizə liberallarla konservatorlar arasındadır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət