Slimfit
  1. MEDİA

“Trend”in yaranmasından 25 il ötür

“Trend”in yaranmasından 25 il ötür
Sakura

“Trend”in yaranmasından 25 il ötür

Bu gün "Trend" Beynəlxalq İnformasiya Agentliyinin (BİA) yaranma günüdür.

Ens.az xəbər verir ki, “Report”un xəbərinə görə, “Trend”in yaranmasından 25 il ötür.

“Trend” BİA 1995-ci ildə yaradılıb. Agentliyin bazası əsasında Trend Ekspert Şurası fəaliyyət göstərir. Şuranın tərkibinə region və Qərb ölkələrinin 40-a yaxın tanınmış müstəqil eksperti daxildir. 2010-cu ildə "Trend" Asiya və Sakit okean ölkələri İnformasiya Agentlikləri Təşkilatına (OANA) üzv qəbul edilib. “Trend” 5 dildə - Azərbaycan, türk, ingilis, rus və fars dillərində fəaliyyət göstərir. 

Trend BİA-nın nailiyyətlərindən biri də İran, Gürcüstan və Orta Asiya ölkələrinin media məkanında rəqabət səviyyəsində çalışmasıdır. 2010-cu ildə "Moody's International" Trend-in beynəlxalq səviyyəli idarəçiliyi olan şirkət qismində statusunu təsdiq etdikdən sonra agentlik nüfuzlu məlumat bazalarına çıxış əldə edib və bunun nəticəsi olaraq bu gün agentliyin yüzlərlə xəbəri transmilli mediada təkrar dərc olunur.

Trend qlobal informasiya məkanında inkişafa doğru beynəlxalq strategiyasını həyata keçirməyə davam edir. Trend-in törəmə fransızdilli layihəsi, Parisdə yerləşən lagazette.fr internet-qəzeti artıq Fransada fəaliyyətə başlayıb. Bundan əlavə, yaxın gələcəkdə oxşar layihələrin digər Avropa ölkələrində də inkişafı planlaşdırılır.

“Ens.az” İnformasiya Agentliyi olaraq "Trend" BİA-da çalışan həmkarlarımızı təbrik edir, onlara yeni yaradıcılıq uğurları arzulayırıq!

 
 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan qadınları, Şuşa, Qarabağ, 1920

Redaktor seçimi

SON XƏBƏRLƏR