Dərc edildi: Baxış sayı: 407
Transferlərə 100 milyon xərcləyən klub Premyer Liqanı tərk etdi
Mövsümün sonunda İngiltərə Premyer Liqasını tərk edəcək növbəti komanda müəyyənləşib.
33-cü turda səfərdə "Uotford"a 1:4 hesabı ilə uduzan "Fulhem"in aşağı dəstəyə düşməsi dəqiqləşib. Hazırda 17 xalla 19-cu sırada yer alan komandanın sona 5 tur qalmış 33 xalla 17-ci pillədə qərarlaşan və 1 oyun az keçirən "Börnli"yə çatması mümkün olmadığından London klubu növbəti mövsümdən Çempionşipdə çıxış edəcək.
"Fulhem" klubunun rəhbərliyi bu mövsüm transferlərə 100 milyondan çox pul xərcləmişdi.
Qeyd edək ki, ötən tur "Haddersfild"in aşağı diviziona düşməsi dəqiqləşmişdi.
Mənbə: Strategiya.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət