Trampın vəzifədən sui-istifadə etməsi təsdiqləndi
ABŞ Nümayəndələr Palatasının Ədliyyə Komitəsi ABŞ prezidenti Donald Trampın işdən qovulma maddəsini təsdiq edərək Nümayəndələr Palatasının Baş Məclisinə göndərib.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, prezident D.Trampın vəzifə səlahiyyətlərindən sui-istifadə və Konqresin fəaliyyətinə mane olmaq maddələrini pozması Nümayəndələr Palatasının Ədalət Komitəsi tərəfindən təsdiqlənib. “Vəzifə səlahiyyətlərindən sui-istifadə maddəsinə” Respublikaçı nümayəndəsinin 17 üzvü “yox” , Demokrat nümayəndəsinin 23 üzvü isə “hə” səsini verib. Konqresin fəaliyyətinə mane olmaq maddəsi də eyni səs nisbətlərini toplayıb.
Qeyd edək ki, sözügedən məsələ D.Trampla Ukrayna prezidenti Vladimir Zelinski arasındakı telefon danışıqlarının mətbuata yayılması nəticəsində məlum olub. Belə ki, D.Tramp, V.Zelinskiyə rəqibi Coyi Bidenin və ailəsinin istintaq olunması şərti ilə ABŞ-ın Ukraniyaya kömək edəcəyini bildirib.
Sözügedən iddianın gələn həftə Nümayəndələr Palatasının Baş Məclisində müzakirə olunaraq təsdiq olunması gözlənilir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət