Dərc edildi: Baxış sayı: 441
Trampın köməkçisi erməni katiblə Qarabağı müzakirə edib
ABŞ-da səfərdə olan Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bu ölkənin prezidenti Donald Trampın köməkçisi, Milli Təhlükəsizlik Şurasının baş direktoru, Rusiya məsələləri və Avrasiya Şurasının milli təhlükəsizliyi üzrə direktoru Fiona Hilla görüşüb.
Azvision.az “Aysor”a istinadən xəbər verir ki, məlumatı Ermənistanın Təhlükəsizlik Şurası yayıb. Vaşinqtonda keçirilən görüşdə A. Qriqoryan ATƏT-in Minsk Qrupunun həmsədri kimi ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində mühüm rolunu qeyd edib.
Öz növbəsində F. Hill Ermənistan-Amerika münasibətlərinin müxtəlif səviyyələrdə genişləndirilməsinin vacibliyini bildirib. Tərəflər münaqişənin dinc yolla həllinin vacibliyini vurğulayıblar.
Öz növbəsində F. Hill Ermənistan-Amerika münasibətlərinin müxtəlif səviyyələrdə genişləndirilməsinin vacibliyini bildirib. Tərəflər münaqişənin dinc yolla həllinin vacibliyini vurğulayıblar.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət