Dərc edildi: Baxış sayı: 859
Trampın “əkinçi bacısı” sosial mediada gündəm oldu
İspaniyanın Qaliçya bölgəsində əkinçiliklə məşğul olan Dolores Leis Antelo ABŞ prezidenti Donald Trampa oxşarlığıyla hamını təəccübləndirir.
Moderator.az xəbər verir ki, əkinçiliklə məşğul olan qadın sosial mediyada məşhur olub. Əkin sahəsində poz verən qadın sanki Trampın əkizidir. Həyat yoldaşıyla birlikdə sakit yaşam tərzi sürən 64 yaşlı Antelonun həyatı bir fotosu sosial şəbəkədə paylaşıldıqdan sonra dəyişib.
Mobil telefonu və kompüteri olmayan Antelo, texnologiyadan uzaq bir həyat tərzi yaşayır. Ancaq bölgədə araşdırma aparan “La Voz DE Galicia” qəzetinin jurnalisti Paula Vaquezin ondan reportaj hazırlamasından sonra o, məşhurlaşıb.
Junalist onunla reportajı zamanı çəkdiyi fotoları yazıya yerləşdirib. Tramp və Antelo arasında oxşarlığın fərqinə varan oxucular, fotonun sürətlə yayılmasına səbəb olublar. Sosial şəbəkədən heç anlayışı olmayan qadın isə nəvələrinin sayəsində populyar olduğunu bildirib.
Qeyd olunur ki, Trampın gerçək həyatda 82 yaşında Maryanne və 77 yaşında Yelizaveta adlı iki bacısı var, amma Antelo ona daha çox bənzəyir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət