Slimfit
  1. DÜNYA

Trampın 3 milyardına qarşı Blumberqin 50 milyardı - Prezidentliyə güclü rəqib

Trampın 3 milyardına qarşı Blumberqin 50 milyardı - Prezidentliyə güclü rəqib
Sakura

2020-ci ildə ABŞ-da keçiriləcək prezident seçkilərində Donald Trampa güclü rəqib gəlir

2020-ci ildə ABŞ-da keçiriləcək prezident seçkilərində Donald Trampa güclü rəqib gəlir.

Qafqazinfo” xəbər verir ki, Nyu-Yorkun keçmiş meri Maykl Blumberq demokratların cərgəsinə qayıtdığını rəsmən elan edib. Xarici KİV-lər onun dairəvi kabinetdəki kreslo üçün yarışmağa hazır olduğunu iddia edirlər: 

"2016-cı ilin noyabrında amerikalılar təcrübəli senator və eks dövlət katibi (Hillari Klinton) ilə milyarder (Donald Tramp) arasında seçim etməli oldular. 2020-ci ildə isə görünür, iki milyarder arasından öz prezidentlərini seçəcəklər”. 

Biznesmen-multimilyarder Rusiya imperiyasından gələn yəhudi immiqrantların nəslindən, həmçinin Harvard biznes məktəbinin ən məşhur məzunlarındandır. 

Trampın cəmi 3,1 milyard dollarlıq sərvətinə qarşı Blumberqin təxminən 50 milyard dollarlıq sərvəti durur. Onun siyasətə qayıdışının həm Demokratlar partiyası, həmçinin bütün ölkə üçün həlledici olacağı gözlənilir. 

Bir neçə il əvvəl Blumberqlə Tramp arasında maraqlı atışma da yaşanmışdı. Belə ki, Trampı tənqid edən Blumberqə cavab olaraq birinci onun boyunu məsxərəyə qoyaraq eks-meri prezidentlik yarışına qoşulmağa cəsarəti çatmayan “çox balaca adam” adlandırmışdı. 

“The Times” bu dəfə Blumberqin cəsarətinin çatdığını yazır. Demokratlar partiyasına qayıdışı ilə bağlı Maykl Blumberq oktyabrın 10-da Tvitter və İnstagram izləyicilərini xəbərdar edib və qərarını ABŞ konstitusiyasının təhlükə altında olması ilə əlaqələndirib. 

Qeyd edək ki, eks-mer dünya üzrə təxminən 200 ofis və 20 min əməkdaşı olan ən iri media imperiyalarından birinin- "Bloomberg”in sahibidir. 

Hər iki milyarderi fərqləndirən bir çox şey var. Bura qlobal iqlim dəyişməsinə yanaşmadan tutmuş, immiqrasiya, abortdan silah dövriyyəsinə nəzarətə qədər bir çox məsələ daxildir. 

Artıq Blumberq Respublikaçıların qələbəsinə imkan verməmək üçün ilk addımını atıb. O, bu il demokratların ehtiyacları üçün təxminən 100 milyon dollarından keçib. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncənin keçmiş Sabir küçəsindən görüntü. 19-cu əsrin arxivindən fotosənəd.

Redaktor seçimi

SON XƏBƏRLƏR