Slimfit
  1. DÜNYA

Tramp Venesuelaya marağını itirib - KİV

Tramp Venesuelaya marağını itirib - KİV
Sakura

Tramp Venesuelaya marağını itirib - KİV

ABŞ Prezidenti Donald Tramp digər regionlarda baş verən hadisələr fonunda Venesuelaya marağını itirib.

Axar.az xəbər verir ki, bu məlumatı “Vaşinqton Post” qəzeti öz mənbələrinə istinadən yayıb.

Məlumata görə, Tramp özünün milli təhlükəsizlik müşaviri Con Bolton və Latın Amerika üzrə baş mütəxəssisi Maurisio Kleyver-Karonenin Venesueladakı situasiyanın dəyərləndirilməsində səhvə yol verdiklərini və Venesuelanın hazırkı hakimiyyətinə uduzduqlarını düşünür. Mənbə həmçinin Trampın Maduronun devrilməsini gözləməkdən bezdiyini bildirib:

“Tramp artıq öz Tvitter mesajlarında Venesuelaya mümkün hərbi müdaxilə barədə heç bir qeydə yer vermir. Sonuncu dəfə Tramp Venesuela haqqında iyunda nəsə paylaşıb”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşalı kişi, 1890-cı il.

Redaktor seçimi

SON XƏBƏRLƏR