Slimfit
  1. GÜNDƏM

Tramp Türkiyə ilə bağlı ağır qərar verərsə... – Şərh

Tramp Türkiyə ilə bağlı ağır qərar verərsə... – Şərh
Sakura

Tramp Türkiyə ilə bağlı ağır qərar verərsə... – Şərh

Axar.az politoloq Vüqar Zifəroğlu ilə müsahibəni təqdim edir:

- ABŞ Senatının qondarma erməni soyqırımı qərarı siyasi qərəz kimi qəbul edilir. Türkiyəyə qarşı bu qərəzli mövqeyin kökündə nə dayanır?

- Hələ 1920-ci ildə imzalanan Sevr müqaviləsində ABŞ-ın birbaşa israrı ilə Osmanlı ərazilərində Kürdüstan və Ermənistan dövlətlərinin yaranması planı öz əksini tapmışdı. Amma Türkiyədə gedən azadlıq mübarizəsi 1923-cü ildə Lozanna müqaviləsinin imzalanmasına gətirib çıxardı. Lozanna müqaviləsində isə nəinki bu maddələr öz əksini tapmadı, eyni zamanda Türkiyə Sevr müqaviləsində itirdiyi müəyyən imkanlarını bərpa etdi. Lakin Lozanna müqaviləsi imzalansa da, ABŞ-ın həmin müqaviləyə münasibəti birmənalı deyildi. Onlar bu müqaviləni qəbul etmirdilər. 1923-27-ci illərdə ABŞ Senatında yeni yaranmış Türkiyə Cümhuriyyətinə münasibət müzakirə olunurdu. Eyni zamanda Lozanna müqaviləsindən sonra elə həmin ildə (1923) Türkiyə-ABŞ arasında işbirliyi və iqtisadi əlaqələrlə bağlı bir razılaşma imzalandı. Lakin Senat həmin razılaşmanı da qəbul etmədi... Yəni Senatın qəbul etdiyi bu qərar təsadüfi deyil. ABŞ-ın hələ 20-ci əsrin əvvəlində Yaxın Şərqə, xüsusilə Türkiyəyə müəyyən təzyiq elementi kimi istifadə etdiyi kartlar var və bu kartlardan biri də qondarma ermənin soyqırımı məsələsidir. Burada çox maraqlı bir məqam var ki, istər 20-ci, istərsə də 21-ci əsrdə bu təzyiq vasitəsinin işə salınmasında ABŞ Senatı həmişə ön planda olub. Bu mənada ABŞ Senatının bu qərarı qəbul etməsi hər iki əsrdə Türkiyəyə təzyiq elementidir.

- Dövlət Departamentinin ötəngünkü açıqlaması ABŞ Prezidenti Donald Tramp “erməni soyqırımı”na veto qoyacağı təəssüratı yaratdı...

- Trampın 1915-ci il hadisələrini “soyqırım” yox, “böyük fəlakət” adlandırması hələ o demək deyil ki, o, bu qərara veto qoyacaq. Çünki ABŞ-da təkcə xarici siyasət deyil, eyni zamanda, daxili auditoriya faktoru da önəmlidir. Yəni Tramp veto qərarını verəcəksə, hər şeyi gözə almalıdır. ABŞ daxilində Senatın qərarını dəstəkləyən kifayət qədər qüvvələr var. Tramp veto qərarı ilə həmin qüvvələri itirə bilər. Bu baxımdan hələ dəqiqliklə demək olmaz ki, Dövlət Departamentinin bu açıqlaması Tramp bu qərara veto qoyacağı anlamına gəlir.

- Tramp Senatın qəbul etdiyi qətnaməni təsdiq etsə, Türkiyə kimi güclü bir ölkəni itirəcək. Sizcə, o, bunu gözə ala bilərmi?

- Şübhəsiz ki, Tramp Senatın qərarını təsdiq etsə, Türkiyəni itirəcək. Bu, təkcə Tramp üçün yox, ABŞ üçün də böyük itki olar. Çünki Yaxın Şərqdə Türkiyə kimi bir müttəfiqin itirilməsi ABŞ-ın gücünü zəiflədəcək. Həmçinin, Türkiyə-ABŞ münasibətlərinin tamamilə pisləşməsi rəsmi Ankaranı Rusiya ilə daha da yaxınlaşdıracaq. Yəni Rusiya iki ölkə arasında olan münasibətlərin pisləşməsindən istifadə etməyə çalışacaq. Bu baxımdan Tramp qərar verməkdə tələsmir. Düşünürəm ki, o, hələ hadisələri geniş şəkildə nəzərdən keçirib, daha sonra qərar verəcək.

- Türkiyənin ABŞ-ın İncirlikdəki hərbi bazasını bağlaya biləcəyi ilə bağlı hədəsi Trampın və ümumilikdə ABŞ-ın qərarına təsir göstərəcəkmi?

- Türkiyənin İncirlikdəki hərbi bazasını bağlayacağı ilə bağlı açıqlaması ABŞ-da çox ciddi həyəcan doğurdu. Çünki İncirlik kifayət qədər əhəmiyyətli bazadır. Həmin baza istər Yaxın Şərq, istərsə də Rusiya faktoru baxımından son dərəcə əhəmiyyətə malikdir. Bu mənada hesab edirəm ki, Türkiyənin haqlı olaraq İncirlik məsələsini dilə gətirməsi ABŞ-ı düşünməyə məcbur edəcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Mirzə Fətəli Axundzadənin 1850-ci ildə yazdığı "Sərgüzəşti-vəziri-xani-Lənkəran" komediyası Azərbaycan teatrı səhnəsində qoyulmuş ilk dramatik əsərdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR