Tramp: “Sanksiyalar İran iqtisadiyyatına ciddi təsir edəcək”
ABŞ prezidenti Donald Tramp bildirib ki, Birləşmiş Ştatların İrana qarşı yeni sanksiyaları bu ölkənin iqtisadiyyatına xeyli dərəcədə mənfi təsir edəcək.
Azadinform RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə ABŞ prezidentinin mətbuat xidməti məlumat yayıb.
"Bu icra vərəqəsi (sanksiyaların tətbiqi ilə bağlı-red) xarici maliyyə institutları barəsində ikinci güclü sanksiyaların səbəbi olaraq İran iqtisadiyyatına ciddi təsir göstərəcək", - deyə Trampın bəyanatında bildirilir.
Bununla yanaşı, Ağ Ev rəhbəri qarşı tərəfi terrorçuluğa dəstək verməkdə də ittiham edib.
"İran terrorizmin dünyada aparıcı sponsoru kimi qalmaqda davam edir", - Tramp əlavə edib.
Qeyd edək ki, ABŞ administrasiyası İrana qarşı sanksiyaları bir qədər də genişləndirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət