Dərc edildi: Baxış sayı: 318
Tramp rəsmən özünün seçki kаmpaniyasına başladı
ABŞ Prezidenti Donald Tramp rəsmi olaraq bildirib ki, o, 2020-ci ildə Birləşmiş Ştatların lideri seçkilərinin gedişatında ikinci müddətə namizəd olmaq niyyətindədir.Fins.az xəbər verir ki, bu barədə dövlət başçısı Floridada tərəfdarları qarşısında çıxışında bildirib.
“Bu axşam mən rəsmən sizin qarşısında ikinci müddətə Birləşmiş Ştatların prezidenti vəzifəsinə seçki üzrə öz kampaniyamın başlandığını elan edirəm”, - deyə o bildirib.
Nitqində, əsasən, prezident seçildiyi gündən bəri gördüyü işləri xatırladan Tramp ilk seçki kampaniyasında haqqında bəhs etdiyi qanunsuz qaçqınlar, Meksika ilə sərhəddə divar inşa etmək, medianın davranışı və sabiq rəqibi Hillari Klinton haqqında mövqeyini yenidən dilə gətirib.
Qeyd edək ki, ABŞ-da 59-cu prezident seçkiləri 3 noyabr 2020-ci ildə keçiriləcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət