Slimfit
  1. DÜNYA

Tramp qasırğa ilə mübarizənin yolunu təklif etdi - Nüvə bombası atın

Tramp qasırğa ilə mübarizənin yolunu təklif etdi - Nüvə bombası atın
Sakura

Tramp qasırğa ilə mübarizənin yolunu təklif etdi - Nüvə bombası atın

“Niyə biz bunu edə bilmərik?”

ABŞ prezidenti Donald Tramp bir neçə dəfə milli təhlükəsizlik rəsmiləri ilə görüşü zamanı qasırğa ilə mübarizə aparmaq üçün nüvə bombalarından istifadə etmək imkanını araşdırmağı təklif edib.

AzNews.az “Axios” nəşrinə istinadən bildirir ki, bunu eşidən məmurlar heyrətləniblər.

Ağ ev nəşrin mənbələri tərəfindən verilən bu məlumatı şərh etməyib.

“Onlar (qasırğalar – red.) Afrika sahillərində formalaşmağa başlayırlar və Atlantika boyunca hərəkət edərkən, biz qasırğanın gözünə bir bomba atırıq və beləliklə də, onu aradan qaldırırıq. Niyə biz bunu edə bilmərik?"- deyə Tramp görüş zamanı bildirib.

“Axios” xəbər verir ki, prezident bu fikri administrasiyanın yüksək vəzifəli məmurlarından biri ilə söhbət zamanı da dilə gətirib. Mənbə bildirib ki, 2017-ci ildə Tramp artıq qasırğaların bombalanması fikrini irəli sürüb, lakin “nüvə” sözünü işlətməyib. Bu, ABŞ Milli Təhlükəsizlik Şurasının qeydində öz əksini tapıb.

Yüksək rütbəli məmurlardan biri Trampın fikrini müdafiə edərək bildirib ki, narahatlıq üçün əsas yoxdur, prezidentin məqsədi “fəlakətli qasırğanın qitəyə düşməsinə yol verməmək”dir.
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanlı rəssam Faiq Əhmədin yaratdığı müasir xalçalar artıq dünyada tanınır. Bu şəkili Fransanın "Creapills" xəbər portalı paylaşıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR