Slimfit
  1. DÜNYA

Tramp Paşinyanla görüşdən imtina etdi

Tramp Paşinyanla görüşdən imtina etdi
Sakura

Tramp Paşinyanla görüşdən imtina etdi

ABŞ prezidenti Donald Tramp Ermənistan baş naziri Nikol Paşinyanla görüşdən imtina edib. Görüş Paşinyanın sentyabrda ABŞ-a səfəri zamanı baş tuta bilərdi.

Oxu.Az xəbər verir ki, bununla bağlı “Sputnik Ermənistan” məlumat yayıb. 

ABŞ prezidentinin bu görüşdən imtina etməsinin üç səbəbi var: Paşinyanın Rusiyaya səfəri, Ermənistanın Suriyaya humanitar yardım missiyasında iştirakı və rusiyalı mütəxəssislərin Ermənistandakı Amerika laboratoriyasına buraxılması. 

Agentlik bildirib ki, Trampla Paşinyan arasında görüş faktı rəsmi şəkildə təsdiq edilməmişdi. 

“Söhbət belə bir görüşün hazırlığı ilə bağlı idi. Bu cür görüşə bəzi konqresmenlər lobbiçilik edirdi”, - məlumatda qeyd edilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1987

Redaktor seçimi

SON XƏBƏRLƏR