Dərc edildi: Baxış sayı: 401
Tramp pandemiya ilə əlaqədar Çindən təzminat tələb etməyə hazırlaşır
ABŞ Prezidenti Donald Tramp Almaniya nümunəsindən istifadə edərək, Çindən koronavirus pandemiyası ilə əlaqədar təzminat tələb edə bilər.
Gazeta.ru-nun məlumatına görə, dövlət başçısı bununla bağlı fikirləri Ağ Evdə keçirilən mətbuat konfransında səsləndirib.
O bildirib ki, Çini məsuliyyətə cəlb etmək məsələsini Almaniyadan daha asan “həll etmək” olar.
Trampın fikrincə, Birləşmiş Ştatlar vəziyyətin qiymətləndirilməsini həyata keçirir və təzminat məsələsində Almaniyanın tələbindən qat-qat artıq vəsait nəzərdə tutulub.
Qeyd edək ki, Almaniya pandemiya ilə ədaqədar Çindən 130 milyard avro təzminat tələb edib.
Mənbə: oxu.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət