Tramp onun təşviqatına mane olan şirkəti hədələdi
Donald Tramp onun prezidentlik təbliğatına mane olan “Goodyear” şirkətinə xəbərdarlıq edib.
Birləşmiş Ştatlar prezidenti minik maşını üçün şinlər istehsal edən şirkətin öz işçilərinə “Make America Great Again” (“Amerikanı yenidən böyük edək”) şüarı yazılan papaqları qadağan etməsindən sonra öz limuzinində bu şirkətin istehsal etdiyi şinləri dəyişdirəcəyini bildirib.
TASS agentliyi xəbər verir ki, Ağ Evdəki mətbuat konfransında Donald Tramp “Goodyear” şirkətini siyasətə qarışmaqda ittiham edib.
“Onların hərəkətləri dəhşətli və utancvericidir. İnsanlar öz seçdikləri geyimdən istifadə etməkdə sərbəstdirlər”, - deyə D.Tramp vurğulayıb.
Qeyd edək ki, Donald Tramp noyabrın dördündə keçiriləcək prezident seçkilərinin təşviqatında “Make America Great Again” (“Amerikanı yenidən böyük edək”) devizindən istifadə edir.
Mənbə: Oxu.Az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət