Dərc edildi: Baxış sayı: 318
Tramp Obamanı ona qarşı xəyanətdə və casusluqda ittiham edib
ABŞ prezidenti Donald Tramp keçmiş ölkə lideri Barak Obamanın xain hərəkət etdiyini söyləyib.
“Report” un məlumatına görə, bu barədə “Washington Examiner” yazıb.
Tramp, Obama tərəfdarlarının 2016-cı il prezident seçkilərində casusluq etdiyini iddia edib.
“Onların etdikləri xəyanət idi. Bu satqınlıqdır...” - Tramp vurğulayıb.
Dövlət başçısı Obamanın və işçilərinin bu hərəkətindən kədərləndiyini vurğulayıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət