Tramp həyat yoldaşından danışdı: “Bizim özümüzün Jaklinimiz var”
Amerikanın lideri Donald Tramp həyat yoldaşı Melaniyanı Birləşmiş Ştatların 35-ci prezidenti olmuş Con Kennedinin xanımı Jaklin Kennedi ilə müqayisə edib.
Bizimyol.info xəbər verir ki, Tramp prezident təyyarəsinin üzərindəki arnament dəyişikliyi barədə qərarını izah edərkən belə bir müqayisə aparıb. ABŞ-da prezident təyyarəsinin üzərindəki mavi görüntü hələ ötən əsrin 60-cı illərində Jaklin Kennedinin istəyinə uyğun işlənib hazırlanmışdı. O vaxtdan bəri də elə o cür saxlanmışdı. “O, Jaklinin tərzi idi. Bu, yaxşıdır. Amma nəzərə almaq lazımdır ki, bu gün bizim özümüzün Jaklinimiz var, onun adı isə Melaniyadır”,- Tramp belə deyib.
Jaklin Con Kennedi ilə 10 il birgə nikahda yaşayıb. Bu müddətin də iki ilini o, ABŞ-ın birinci xanımı olub.
Jaklin həyat yoldaşı Con Kennedinin qətlindən beş il sonra yunan milyarder Aristotel Onassisə ərə getmişdi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət