Dərc edildi: Baxış sayı: 474
Tramp Əsədi öldürmək əmrini XATIRLADI
ABŞ prezidenti Donald Tramp Suriya lideri Bəşər Əsədi öldürmək planının olduğunu xatırlayıb.
Ens.az Modern.az-a istinadən xəbər verir ki, 2018-ci ildə Dəməşq yaxınlığında dinc sakinlərə qarşı kimyəvi silahın istifadə olunması barədə xəbər aldıqdan sonra Tramp Suriya liderinin məhv olunması fikrinə düşüb.
Amma o zamanlar Pentaqon rəhbəri Ceyms Mettisin təkidi ilə o bu plandan imtina edib.
“Ceyms Mettis zəif lider və şişirdilmiş generaldır. O, İŞİD-lə mübarizədə öz vəzifələrini icra etmədi. Onun gedişindən sonra İŞİD-dən xilas olduq”-deyə Tramp jurnalistə açıqlamasında deyib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət