Dərc edildi: Baxış sayı: 416
Tramp Ərdoğana heyran olduğunu dedi, lakin...
Türkiyə və ABŞ arasındakı problemlərin ən böyüyü Ankaranın S-400 sistemləri alması ilə bağlıdır.
Axar.az xəbər verir ki, bu barədə "Kommersant" qəzeti yazıb.
“Tramp daha da səmimi çıxış edərək, Ərdoğana heyranlığını gizlətmədi. Lakin bu kimi danışıqlar Türkiyə-ABŞ problemlərinin həllinə yardımçı olmadı. Trampın hazırda bu problemləri düşünməyə zamanı yoxdur. ABŞ bütün diqqətini daxili məsələlərə, əsasən impiçment məsələsinə yönəldib”, - deyə məqalədə bildirilib.
Qeyd edək ki, Ərdoğan ABŞ-a səfəri çərçivəsində amerikalı həmkarı Donald Trampla görüşərək, aktual mövzular ətrafında müzakirə aparıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət