Dərc edildi: Baxış sayı: 486
:0
Tramp Ər-Riyad və Moskvaya rüsum tətbiqini istisna etmədi
Əgər Ər-Riyad və Moskva Amerikaya qarşı münasibətdə özünü ədalətli aparmasa, neft bazarında normallaşma olmasa, ABŞ bu ölkələrdən olan neftə rüsum tətbiq edilə bilər.
Axar.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
“Rüsumlar bizim ölkəyə inanılmaz həcmdə pul gətirib. Mən bu rüsumları Çinə və digərlərinə qarşı tətbiq etmişdim. Onları neft üçün də istifadə edəcəyəmmi? Bunu edə bilərəm. Onların hazırda tətbiqini düşünürəmmi? Yox, amma bizə qarşı ədalətsiz davransalar, bu, vasitə olacaq”, – deyə o bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət