Slimfit
  1. DÜNYA

Tramp: Bəhreyn İsraili tanımağa razılaşdı

Tramp: Bəhreyn İsraili tanımağa razılaşdı
Sakura

Tramp: Bəhreyn İsraili tanımağa razılaşdı

Prezident Donald Tramp cümə günü Bəhreyn Krallığının İsraili tanımağa razılaşdığını elan edib. Bundan öncə ötən ay Birləşmiş Ərəb Əmirlikləri də bənzər addım atmışdı. Bu razılıq Yaxın Şərqdə dinamikanın dəyişdiyinə işarədir. Belə ki, bu, ərəb ölkələrinin İsraillə yaxınlaşması, fələstinliləri isə təcrid etməsi kimi görünür.

Tramp cümə günü Oval ofisdən İsrailin baş naziri Benyamin Netanyahu və Bəhreyn kralı Əhməd Əl Xəlifə ilə "tarixi telefon danışığı" keçirdiyini bildirib. Telefon danışığı zamanı liderlər Bahreynin "Israillə diplomatik əlaqələrini tamamilə normallaşdıracağı" ilə bağlı razılıq əldə ediblər. Tramp bu addımı "Yaxın Şərqdə sülhün gücləndirilməsi yolunda tarixi irəliləyiş" adlandırıb.

"11 sentyabr hücumuna səbəb olan nifrətə indi açıqlayacağımız razılıqdan daha güclü cavab ola bilməz," Tramp müxbirlərə bildirib. ABŞ prezidenti cümə günü səhər 11 sentyabr terror hücumunun 19-cu ildönümünü qeyd etmək məqsədilə Pensilvaniyanın Şanksvil şəhərinə səfər edib.

Bəhreynlə razılıq avqustun 13-də İsraillə BƏƏ arasında münasibətlətin normallaşdırılması üzərində əldə olunan "İbrahim Razılığı"ndan sonraya təsadüf edib. Həmin razılığa əsasən İsrailin baş naziri Benyamin Netanyahu İordan çayının qərb sahilinin bəzi hissələrini işğal etmək planlarını dayandırıb. Gələn həftənin əvvəlində Ağ Evdə azılığın imzalama mərasimi keçiriləcəyi gözlənilir.

Tramp bu razılığın digər ərəb ölkələrini İsraillə münasibətləri normallaşdırmağa təşviq edəcəyini təxmin edirdi.

"Biz düşünürük ki, nəticədə əkdər ölkələr buna qoşulacaq və fələstinlilərin də mövqeyi yaxşılaşacaq," Tramp deyib. "Onlar da daxil olmaq istəyəcək, çünki bütün dostları bunu etmiş olacaq"

Fələstinlilər qınayır

Fələstin milli idarəsinin rəhbərliyi Bəhreynin qərarını qınayıb və bunu "Qüdsə, Əl-Əqsa Məscidinə və Fələstin məsələsinə qarşı xəyanət" adlandırıb.

Fələstin Siyasəti Şəbəkəsinin beyin mərkəzi Əl-Şəbəkədən Dana Əl Kürdün sözlərinə görə, İsraillə Bəhreyn arasında münasibətlərin normallaşdırılması ilə bağlı razılıq ərəb hökümətlərinin fələstin məsələsi və 2002-ci ildə başladılan Ərəb Sülh Təşəbbüsünü heç nə uğrunda tərk etmələrinin sübutudur.

"Bəhreyn razılığı Fələstin məsələsi və ya dövlətçilik layihəsi ilə əlaqədar heç bir şey müqabilində əldə olunmayıb",o bildirib.

BƏƏ və Bəhreynlə İsarilin tanınması ilə bağlı əldə olunan razılıqlar administrasiyanın Yaxın Şərq strategiyasının mühüm hissəsidir. Bəzi təhlilçilər bunu fələstinlilərin aqibəti ilə bağlı danışıqlarda fələstinlilərin kənarda qoyulması kimi qiymətləndirir.

Xarici siyasət qələbəsi

ABŞ-da prezident seçkisində iki aydan az müddətin qaldığı bir vaxt administrasiya Bəhreyn-İsrail razılığını son bir ayda Yaxın Şərqdə əldə etdiyi ikinci qələbə olaraq göstərir.

Xarici siyasət noyabrda keçiriləcək seçkilərdən öncə siyasi debatın mərkəzində yer almasa da, İsrailin gələcəyi bir qrup Tramp tərəfdarı, 2016-cı ildə onun tərəfdarlarının üçdə birini təşkil edən yevangelist xristianlar üçün mühüm məsələdir.

Mənbə: Milli.Az 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Belçikada göy meşə.

Redaktor seçimi

SON XƏBƏRLƏR