Slimfit
  1. DÜNYA

Tramp arzusuna çatdı – Ali məhkəmə qərar verdi

Tramp arzusuna çatdı – Ali məhkəmə qərar verdi
Sakura

Tramp arzusuna çatdı – Ali məhkəmə qərar verdi

ABŞ prezidenti Donald Tramp Meksika ilə sərhəddə divar ucaldılması üçün 2,5 milyard dollar alacaq. 

CNN bildirir ki, bu barədə ABŞ Ali məhkəməsinin qərarında deyilir.

Ali məhkəmə büdcə pullarının bu yolla xərclənməsini qeyri-qanuni hesab edən Kaliforniya ştatının federal məhkəməsinin qərarını ləğv edib. Vəsait Pentaqonun fondundan alınacaq. 

Xatırladaq ki, cari ilin may ayında Kaliforniya ştatının federal məhkəməsi ABŞ və Meksika sərhədində divarın tikilməsi üçün Pentaqon tərəfindən vəsait ayrılmağına qarşı çıxıb.

Qeyd edək ki, Meksika ilə sərhəddə divarın tikilməsi Trampın seçkiöncəsi vədlərindən biri idi. O,  2016-cı ildə divarın tikintisinə başlamaq istədiyini bildirsə də, konqress tərəfində dəstək ala bilməmişdi.

2019-cu ildə Tramp divarın tikintisini maliyyələşdirmək üçün fövqəladə hal elan edərək,  Pentaqonun büdcəsindən vəsait ayrılmağına nail olmaq istədi. Lakin onun bu qərarı məhkəmələr tərəfindən blok edildi.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səhra Aslanı Ömər Muxtar, Faşist İtalyan qüvvələri tərəfindən tutularaq edama aparılması

Redaktor seçimi

SON XƏBƏRLƏR