Slimfit
  1. DÜNYA

Tramp Ağ Evdə keçirilən gündəlik brifinqlərdə iştirakını azalda bilər

Tramp Ağ Evdə keçirilən gündəlik brifinqlərdə iştirakını azalda bilər
Sakura

Tramp Ağ Evdə keçirilən gündəlik brifinqlərdə iştirakını azalda bilər

ABŞ Prezidenti Donald Tramp koronavirus pandemiyası ilə bağlı Ağ Evdə mütəmadi keçirilən brifinqlərdə iştirakını azalda bilər.

APA xəbər verir ki, bu barədə “Axios” portalı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Vaşinqton administrasiyasının rəhbəri bu mətbuat konfranslarının hər birində görünməyə və ya iştirak edəcəyi təqdirdə iştirak müddətini azalda bilər. Ağ Evdə koronavirusla bağlı brifinqlər, demək olar ki, son iki ayda hər gün keçirilib. Bəzən iki saatdan çox davam edən görüşlərin əsas mövzusu koronavirusla mübarizə olsa da, çox vaxt digər məsələlərə də toxunulur. Bu kimi ilk brifinqlər Trampın iştirakı olmadan baş tutub, lakin qısa müddətdən sonra prezident onların hər birində görünməyə başlayıb.

“Axios” qeyd edir ki, D.Trampın bir çox məsləhətçisi onu bu addımdan çəkinməyə çağırıb. Onların fikrincə, Ağ Ev sahibinin brifinqlərdə həddən artıq tez-tez görünməsi prezidentin reytinqlərinə mənfi təsir göstərir.

Qeyd edək ki, bu cümə günü keçirilən brifinq həmişəkindən daha qısa – yarım saatdan da az davam edib. Tramp əvvəlcədən hazırlanmış nitqini səsləndirib, daha sonra Ərzaq və dərmanların keyfiyyətinə  nəzarət İdarəsinin rəhbəri Stiven Han və ABŞ-ın vitse-prezidenti Mayk Pens jurnalistlərlə söhbət edib. Prezident özü isə jurnalistlərin suallarını cavablandırmayıb.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fransızlar tərəfindən başları bədənindən ayrılan Mərakeş müsəlmanlarının təsvir olunduğu POÇT MARKAsı. 1922-ci ildə Fransada istifadə olunub.

Redaktor seçimi

SON XƏBƏRLƏR