Dərc edildi: Baxış sayı: 588
Tramp ABŞ-ın İranla müqaviləyə hazır olduğunu açıqladı
ABŞ Prezidenti Donald Tramp ölkəsinin İranla anlaşmaya hazır olduğunu bildirib.
TASS xəbər verir ki, bu barədə o, Deytonda (Ohayo ştatı) seçkiqabağı mitinqdə deyib.
Trampın sözlərinə görə, noyabrda təkrar prezident seçiləcəyindən “təxminən 10 saniyə sonra” İran razılaşma imzalamaq istəyəcək:
“Biz istəyirik ki, onlar bizimlə müqavilə bağlasın. Biz istəyirik ki, onların hər işi qaydasında olsun. Onlar güclü olsun. Amma onlar nüvə silahına sahib ola bilməzlər”.
Mənbə: Oxu.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət