Slimfit
  1. DÜNYA

Tramp 24 trilyon dolları zibilliyə atdı

Tramp 24 trilyon dolları zibilliyə atdı
Sakura
:0

Tramp 24 trilyon dolları zibilliyə atdı

"Donald Tramp və ABŞ hökuməti Paris İqlim Sazişinin məsrəfli olduğunu düşünür. Halbuki, minimum karbonlu yaşayış ideyasının 2050-ci ilə qədər sadəcə şəhərlərə 24 trilyon dollar gəlir gətirəcəyini düşünürük. Ümid edirəm olmaz, amma Tramp və hökumətinin bu hərəkəti iqlim dəyişikliyinə qarşı bütün təşəbbüsləri silib atacaq".

Bunu Dünya Qaynaqları İnstitutunun Daimi Şəhərlər Bölməsinin Qlobal direktoru Aniruddha Dasqupta deyib.

ABŞ prezidenti Donald Trampın Paris İqlim Sazişindən çıxma prosesini rəsmi şəkildə başlatmasının nəticələrindən danışan Dasqupta bildirib ki, iqlim dəyişikliyi sadəcə mövsümi hava dəyişikliyi və təbii fəlakətlərə səbəb olmur, həm də gündəlik həyatı dərindən sarsıdır. Buna görə də ictimaiyyət iqlim dəyişikliyi ilə aktiv mübarizə aparmalıdır: "BMT İqlim Konfransı zamanı 7 milyon insan iqlim dəyişikliyinə diqqət çəkmək üçün aksiya keçirdi. Bu rəqəm siyasi liderlər və hökumətlər üçün əhəmiyyətlidir. Çünki liderlərin iqlim dəyişikliyinə qarşı sərgilədikləri münasibəti tərsinə çevirə bilər. Donald Tramp iqlim sazişindən imtina edərək inqilabi qərar verdi. Bu, həm ABŞ xalqına, həm də gələcək nəsillərə edilmiş haqsızlıqdır. ABŞ-ın bu addımı digər ölkələrin də fəaliyyətini yavaşlada bilər. Hətta onların mübarizədən qaçmasına yol açar".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynəlabdin Tağıyevin dəstəyi ilə təşkil olunan qızlar məktəbi, Bakı

Redaktor seçimi

SON XƏBƏRLƏR