Dərc edildi: Baxış sayı: 449
TRACECA-nın Azərbaycan hissəsində yükdaşımalar azalıb
Bu ilin yanvar-sentyabr aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRACECA) Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 38 762,9 min ton olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,1% azdır.
"APA-Economics"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, ötən dövr nəql edilmiş yüklərin 25 376,6 min tonu və ya 65,5% avtomobil nəqliyyatı, 9 663,1 min tonu və ya 24,9% dəmir yolu nəqliyyatı, 3 723,2 min tonu və ya 9,6% dəniz nəqliyyatı ilə daşınıb.
"Dəhliz vasitəsilə daşınmış yüklərin 15,4% və ya 5 979,7 min tonunu tranzit yüklər təşkil edib", - məlumatda bildirilir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət