Dərc edildi: Baxış sayı: 489
“Trabzonspor” “Qarabağ”ın keçmiş futbolçusuna “yox” dedi
Qapıçısı Onur Kıvrakın heyətdən uzaqlaşdırılmasından sonra qolkiper axtarışlarına başlayan “Trabzonspor”a “Qarabağ”ın keçmiş futbolçusu təklif edilib.
Komanda.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, qapını Uğurcan Çakıra əmanət edən Qaradəniz təmsilçisinə menecerlər “Ərzurumspor”un qapıçısı İbrahim Şehiçi təklif edib. Klubu ilə problemlər yaşayan 30 yaşlı qapıçının komandadan ayrılmaq istədiyi deyilir.
Xəbərdə bildirilir ki, “Trabzonspor” Ərzurum təmsilçisi ilə müqaviləsi davam edən bosniyalı qapıçının transferinə müsbət yanaşmayıb.
İbrahim Şehiç 2013-2018-ci illərdə “Qarabağ”ın şərəfini qoruyub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət