Slimfit
  1. CƏMİYYƏT

Toyların qadağan edilməsi əhali artımına necə təsir edəcək?

Toyların qadağan edilməsi əhali artımına necə təsir edəcək?
Sakura

Toyların qadağan edilməsi əhali artımına necə təsir edəcək?

Məlumdur ki, koronavirus pandemiyası səbəbindən kütləvi tədbirlərin, o cümlədən toy mərasimlərin keçirilməsi qadağan edilib. Toy mərasimlərinin qadağan edilməsinin əhali artımına mənfi təsir edəcəyi barədə fikirlər səsləndirilir.
 
Ens.az xəbər verir ki, Məsələ ilə bağlı Trend-ə açıqlama verən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev məsələnin o qədər də ciddi olmadığını düşünür:
 
“Əvvəla insanların nikaha girməsini, evlənməsini heç kim qadağan etmir. Karantin qaydaları sadəcə insanların geniş iştirakı ilə toyların keçirilməsini qadağan edir. Ancaq nəzərə almaq lazımdır ki, karantin dövründə də nikaha girənlərin sayı az deyil.
 
Digər tərəfdən demoqrafik problem yoxdur. Araşdırmaq lazımdır ki, birinci il qurulan ailələrdə doğulan uşaqlar ümumi doğulan uşaqların neçə faizini təşkil edir. Yəni ikinci, üçüncü uşağı dünyaya gələn ailələr də çoxdur. Yəni doğulan uşaqların sayı tək yeni qurulan ailələrdə dünyaya gələn uşaqların sayından ibarət deyil. Mövcud ailələrdə də uşaqlar dünyaya gəlir.
 
Amma əlbəttə pandemiya uzun müddət davam edərsə, demoqrafik proseslərə müəyyən təsir edə bilər. Ancaq yenə deyirəm, uşaqlar yalnız evliliyin birinci ilində dünyaya gəlmir. Azərbaycanda nə qədər ailələr var və o ailələrdə nə qədər uşaqlar dünyaya gəlir”.
 
 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xalq yazıçısı Mirzə İbrahimov görkəmli tarzən Qurban Pirimovun kürəkəni olmuşdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR