Toylar məhərrəmlikdən sonra bu qaydalarla keçirilə bilər - AÇIQLAMA
Məlum olduğu kimi bu il Azərbaycanda Məhərrəm ayı Miladi təqvimi ilə avqust ayının 21-də başlayıb. Məhərrəmin 10-cu günü, yəni Aşura avqustun 30-da qeyd olunub. Məhərrəm ayından sonra gələn Səfər ayının bitməsi bu il oktyabrın 17-nə düşür. Beləliklə, artıq oktyabrın 18-dən toy və digər şadlıq mərasimlərini keçirmək mümkün olacaq.
Pandemiya şəraitini nəzərə alıb, oktyrabr ayınının qeyd olunan tarixindən sonra toyların keçirilməsi mümkün ola bilərmi?
Ens.az xəbər verir ki, bununla bağlı deputat Cavid Osmanov Sonxeber.az-a danışıb:
"Son vaxtlar sərt krantin rejimi ola bölgələrimizdə müsbət dinamikaya uyğun olaraq yumşalmalar baş verdi. İstənilən halda toy mərasimlərinin keçirilməsi kütləvi tədbirdir. Belə tədbirlərin keçiriləməsi ilə bağlı qadağalar qüvvədədir. Düşünürəm ki, bu barədə danışmaq hələ tezdir. Kütləvi tədbirlərin keçirilməsi qadağası götürüldükdən sonra toylar haqqında danışmaq olar. Nə qədər ki, virus var, köhnə qaydalarla toyların keçirilməsinin əleyhinəyəm.
Yəni 500 nəfərin eyni zala yığışması və digər məqamlar bura aiddir. 500 nəfərlik toy zallarında keçirilən toyların həmin rəqəmdən 3-4 dəfə az insanın iştirakı ilə keçirilməsinə baxıla bilər. Toylarla bağlı yeni qaydalar işlənməlidir. Məhərrəm ayının sonunda yoluxma statistikasına baxandan sonra toyların keçirilməsini proqnoz etmək olar. Bu gün hələki müsbət dinamika gedir, yollar açılıb, kafe və restoranlar işlək vəziyyətdədir. Bu məsələyə diqqətlə yanaşmaq lazımdır, çünki olduqca incə məsələdir".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət