Slimfit
  1. DÜNYA

Toya hazırlıq: Instagram, Facebook, həşteq…

Toya hazırlıq: Instagram, Facebook, həşteq…
Sakura

İndiki toylar selfi mədəniyyətinin tam bir ifadəsidir. Şirkətlər müştəri həşteqləri verir və sosial…

İndiki toylar selfi mədəniyyətinin tam bir ifadəsidir. Şirkətlər müştəri həşteqləri verir və sosial mediada xidmət təklif edənlər toy müğənnilərindən də çox qazanırlar.

New Yorkda işləyən 33 yaşlı britaniyalı Jessica Lehmann kinorejissor Jesse Ash-lə nişanlandığı barədə elanı Instagram-a yerləşdirəndə onun artıq xüsusi: #JessTheTwoOfUs həşteqi vardı.

O, bu həşteqdən daha sonra may ayında Londonda qızlar üçün verdiyi qonaqlıqda istifadə etmişdi.

(Britaniyada təzə gəlinin toydan əvvəl rəfiqələrinə verdiyi qonaqlığı Hen party - "toyuq məclisi" adlandırırlar).

O rəfiqələrindən xahiş edib ki, sentyabrda Brooklyn-dəki Prospect Parkda keçiriləcək toy məclisindən fotoları paylaşanda məhz bu həşteqdən istifadə etsinlər.

İxtisasca brend strateqi olan Jessica deyir ki, o bu ideyaya elə belə gəlməyib.

Onun fikrincə "yaxşı toy həşteqi evlənənlər barədə çox şey deyir".

Bu, gülüş doğurur və yaxşı bir xatirə olur.

"Əgər bu həşteqə çox ağıllı bir söz tapsanız, onda, qazanmısınız" - Jessica deyir.

Bütün dünyada 700 milyon insanın Instagram hesabı olduğu və daha 1 milyard adamın gündəlik qaydada Facebook-a baxdığı nəzərə alınarsa, gənclərin sosial medianı özlərinin toy hazırlığı planına daxil etmələri təəccüblü görünməz.

Buna görə də bu meylin üzərində indi yeni bir sənaye təşəkkül tapmağa başlayır.

#JessTheTwoOfUs: Jessica Lehmann və nişanlısı Jesse Ash#JessTheTwoOfUs: Jessica Lehmann və nişanlısı Jesse Ash

Birlikdə brendlənmək

Los Angeles jurnalının redaktorlarından Marielle Wakim 2016-cı ildə "Həşteqlə qoşa qarıyasınız" şirkətini qurub.

Bundan əvvəl dostları ondan orjinal həşteqlər uydurmağı xahiş edirdilər.

Həşteqlər əslində adamların Twitter, Instagram, Facebook və başqa platformalarda istədikləri materialı tapmaq üçün istifadə etdikləri metaməlumat alətidir.

Wakim indi həşteqin birini 40, üçünü 85 dollara satır. Sifarişlərin içində itib-batıb.

Onun həşteq növbəsində adi hallarda 150 müştəri üçün gözləmə siyahısı olur.

Ötən ilin martında 28 yaşlı qrafik dizayn ustası Allie Bertelson SnapchatGeofilters həşteqini Etsy alış-veriş portalına yükləyib.

Geofilter Snapchat görüntülərinin üzərinə yerləşdirilə biləcək çərçivələrdir.

Onları hər bir kəs yarada bilər.

Lakin Bertelson bu işi görmək üçün vaxt və səriştəsi olmayan cütlər üçün filtrlər yaradır.

Geofiltrlər Snapchat şəkilləri üzərinə yerləşdirilən çərçivədirGeofiltrlər Snapchat şəkilləri üzərinə yerləşdirilən çərçivədir

Təzə evlənənlər qonaqlara toydan çəkilimiş şəkil və videoları bu çərçivələrə yükləməyi xahiş edə bilərlər. Belə filtrin qiyməti 8 funt sterlinqdir (17 manat).

Əgər adamlar artıq elə toyun özündən Instagram-a və ya Facebook-a şəkil və video post edirlərsə, bunlar niyə də divardakı böyük rəqəmsal ekranda görünməsin?

Amsterdamda mənzillənmiş iş adamları Yousef El-Dardiry və Pim Stuurman WeddingHashtagWall adlı şirkəti 2014-cü ildə qurublar.

Müştərilər bu şirkətdən virtual divarı və toydan şəkil və videoların yüklənməsi üçün internet ünvanını 79 dollara (135 manat) ala bilərlər.

Bu, toya gələ bilməyənlərə hadisələri həmin internet ünvanında izləmək imkanı verir.

Bəzi şirkətlər hətta belə rəqəmsal ekranlar üçün foto və video çəkən xüsusi işçilər saxlayır.

New York-da Maid of Social şirkəti 2015-ci ildə toy jurnalı The Knot-un iki keçmiş redaktoru tərəfindən yaradılıb.

Şirkətin satdığı 500 dollarlıq paketə həşteq və şirkətin Instagram hesabına giriş daxildir.

Əlbəttə ki, belə olduqda toy video və şəkilləri daha geniş miqyasda paylaşılır.

Müştəri metaməlumat aləti qədər insanları yaxınlaşdıran başqa bir vasitə yoxdurMüştəri metaməlumat aləti qədər insanları yaxınlaşdıran başqa bir vasitə yoxdur

Sosial mediaya o qədər də bağlı olmayanlar üçün bütün bunlar "saqqal darağı" kimi görünə bilər.

Lakin rəqəmsal dünyanın aşiqləri özlərinin internet profillərinə təkcə həyatlarının davamı kimi yox, həm də öz peşəkar və yaradıcı qabiliyyətlərinin reklamı kimi baxırlar.

"Mən özüm nəsli" (Generation Me) kitabının müəllifi Jean Twenge deyir ki, bu, bir növ adi insanlar üçün "qırmızı xalça" kimi imkandır.

Millenium nəsli son dərəcə fərdiyyətçi insanlardır və əvvəlki nəsillə müqayisədə kənar diqqətə daha həvəslidir. Toylar isə diqqəti özünə çəkməyin ən yaxşı imkanıdır".

Buna görə də bu cür rəqəmsal alətlərin qiyməti, yeni nəslin o qədər də ənənələrə bağlı olmasına baxmayaraq ildən-ilə artır.

Hitched və The Knot saytlarının 2016-cı ildə apardıqları bir araşdırma bir toyun rəqəmsal xərclərinin Britaniyada 25 min funt sterlinqə (55 min manat) və ABŞ-da 35 min dollara çatdığını göstərib.

Instagram toyun şəkil yoxdursa, o həqiqətən də baş veribmi?Instagram toyun şəkil yoxdursa, o həqiqətən də baş veribmi?

Lehmann etiraf edir ki, qəzet-jurnal kəsiklərini, habelə fotoları əks etdirən Pinterst saytında axtarış aparmaq insanda onun cibinə uyğun olmayan qeyri-realist gözləntilər yarada bilər.

"Bunlara baxan deyə bilər: "Mən də istəyirəm ki, toyumda tavandan belə möhtəşəm güllər və qəndillər asılsın və ya məni uçan xalça havaya qaldırsın".

"Yadda saxlamaq lazımdır ki, bu fotoların əksəriyyəti internetə yüklənmək üçün hazırlanıb. Odur ki, burda o qədər də dəxli olmayan məsələlərdən yapışıb qalmaq olar. Məsələn gəlin istəyə bilər ki, onu qonaqların əllərində tutduğu fişənglərin altında mərasimdən çıxarsınlar…"

Mükəmməllik üçün təzyiq altında

Bütün bu təlimatlar evlənən cütlərin nə dərəcədə işinə yaraya bilər?

Massachusetts Texnoloji İnstitunun professoru Sherry Turkle özünün "Təklikdə birgə" (Alone Together) kitabında yazır ki, intim sosial situasiyalarda telefonlar yayındırıcı element ola bilər.

Bu isə bizim təmaslarımızı dayazlaşdırır, özümüzü isə təcrid edir.

O deyir ki, əvvəllər toylarda çəkilən fotolara əvvəlcədən quruluş verilərdi. Amma indi məxsusi sayılan o qədər vinetkalar var ki… Adamlar çox sayda fotoların arasından ən maraqlılarını seçmək əziyyətinə qatlaşırlar. Bu isə mükəməllik üçün təzyiq altında olmaq deməkdir.

"Bu yeni bir paradoksdur: Biz orijinallıq axtarırıq, amma özünü redaktə ilə məşğul oluruq".

Böyük təntənələr zamanı foto üçün poza almaq yeni bir şey deyil. Lakin şəkil çəkdirən zaman dodaqların irəli uzadılması yeni bir meyldir
Böyük təntənələr zamanı foto üçün poza almaq yeni bir şey deyil. Lakin şəkil çəkdirən zaman dodaqların irəli uzadılması yeni bir meyldir

Turkle buna əks olan hərəkatın yaranacağını gözləyir.

Amma hələlik evlənənlərin qonaqları postlarında həşteqlərdən istifadəyə məcbur etmələrində qəbahət görmür.

Onsuz da hamı foto çəkir. "Odur ki, onlara yalnız kanal vermək qalır".

Lehmann bunun xeyrini-ziyanını ölçüb-biçib.

O, toyuna gələnlərdən özü çəkən foto-köşklərindən və selfie ağaclarından, habelə fotonu dərhal verən kameralardan istifadəni tövsiyə edəcək.

Və əlbəttə onun #JessTheTwoOfUs həşteqi daim üzdə olacaq.

O deyir ki, bu əslində "lüzumsuz gərginliyi aradan qaldırır".

O, indidən toyun ertəsi günü bütün fotoları nəzərdən keçirəcəyi anı gözləyir.

Düşünür ki, bunların arasından ən maraqlılarını, "gizli zinətləri" aşkar edib, özü də post edəcək.

Amma buna baxmayaraq toy məclisi başlananda, o bütün kameraların söndürülməsini xahiş edəcək.

Həmin gün onun öz telefonu da üstündə olmayacaq. Çünki həyatda tez-tez baş verməyən belə hadisələrin ləzzətini yaşamaq lazımdır.

"Bunu isə çətin ki, telefonla edə biləsən".

 

Mənbə: BBC.com

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsanların nəfəs aldığı havanın cəmi 20%-ni oksigen təşkil edir

Redaktor seçimi

SON XƏBƏRLƏR