Slimfit
  1. AZƏRBAYCAN

Tovuzda Bayraq Muzeyi tikilir

Tovuzda Bayraq Muzeyi tikilir
Sakura

Tovuzda Bayraq Muzeyi tikilir

Prezident İlham Əliyev dövlət atributlarımıza xüsusi ehtiramla yanaşır. Respublikamızın bölgələrində bayraq meydanlarının və muzeylərinin yaradılması bunun bariz nümunəsidir. Belə muzeylərin yaradılması dövlət atributlarına olan sonsuz sevgini nümayiş etdirməklə yanaşı, gənc nəslin Azərbaycan bayrağına hörmət ruhunda tərbiyə olunmasına mühüm töhfə verir.

Respublikamızın digər bölgələri kimi, öz inkişafının müasir dövrünü yaşayan Tovuz şəhərində də hazırda Bayraq Muzeyinin tikintisi işləri davam etdirilir.

Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, ikimərtəbəli Bayraq Muzeyinin inşasının bu ilin sonunadək yekunlaşdırılması nəzərdə tutulub.

Orta əsrlər dövrünün əzəmətli qalalarından birinin formasında, orijinal layihə əsasında inşa edilən muzey binasının memarlığı üçün əzəmət, məğlubedilməzlik və azadlıq görünüşü rəmz olaraq seçilib. Muzey binasının fasadı yuxarı hissədən orta əsr qala bürclərinə xas olan mazğallarla tamamlanıb. Bununla belə, Bayraq Muzeyinin binası öz formasına görə rayonun digər tarixi və müasir tikililəri ilə ahəngdarlıq təşkil edir.

Bayraq Muzeyində sərgi zalı ilə yanaşı, inzibati və yardımçı otaqlar da yaradılacaq. Muzeyin sərgi zalı bir neçə bölmədən təşkil ediləcək.

Binada zəngin dövlətçilik ənənələrinə malik Azərbaycanın keçdiyi çətin və şərəfli tarixi yol, ayrı-ayrı dövrlərdə ölkəmizdə yaranmış dövlətlərin, yaxud bölgəyə hakimlik edən imperiyaların xəritələri, bayraqları və dövlət nişanları nümayiş etdiriləcək.

Burada orta əsrlərə aid döyüşçüləri əks etdirən manekenlər, orta əsr xanlıqlarının bayraqları, XIX əsr Azərbaycan şəhərlərinin gerbləri, qədim metal sikkələr, kağız pullar nümayiş olunacaq. Muzeyin eksponatları arasında Azərbaycan Xalq Cümhuriyyəti dövrünə aid rəsmi sənədlər, Azərbaycan SSR dövründə və müstəqillik illərində qəbul olunmuş konstitusiyalar, habelə gerblər, bayraqlar, poçt markaları, orden və medallar sərgilənəcək.

Muzeyin ekspozisiyasında, həmçinin Azərbaycan Respublikasının müstəqillik əldə etdikdən sonra qəbul edilən dövlət atributları, eləcə də konstitusiya mətnləri və digər mühüm tarixi sənədlər, fotolar, müxtəlif qoşun növlərinə aid geyimlər yer alacaq.

Muzeyin yaxınlığında dövlət bayrağı dirəyi ucaldılacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Çanaqqala müharibələri, 1915 İbadət üçün düzəldilmiş məscid və güllə qutularından hazırlanan minbər

Redaktor seçimi

SON XƏBƏRLƏR