“İşğal altında olan torpaqlar azad olunmayınca biz rahat olmayacağıq”
“İşğal altında olan torpaqlar azad olunmayınca biz rahat olmayacağıq”.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, bu sözləri bu gün Xocalı abidəsini ziyarət edən Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, artıq Xocalıya ədalət gəlməlidir: “27 il öncə baş verən Xocalı faciəsini anmaq üçün bura gəlmişik. Azərbaycanın sevinci sevincimiz, acısı isə acımızdır. Bu kədəri paylaşmaq üçün buradayıq. Xocalıda qətlə yetirilən insanların qanı yerdə qalmasın. Türkiyə hər zaman Azərbaycanın yanında dayanmalıdır ki, bir daha belə faciə yaşanmasın. Kimlərsə də buna cəsarət etməsin. Bir həftədir Türkiyənin əksər şəhərlərində Xocalı ilə bağlı anım tədbirləri keçirilir. Daha bir həftə də bu tədbirlər davam etdiriləcək. Azərbaycanın işğal altında olan torpaqları azad olunmayınca, qaçqın və məcburi köçkünlər öz torpaqlarına qayıtmayınca, biz də rahat olmayacağıq”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət