Slimfit
  1. SİYASƏT

Tokioda azərbaycanlı deputatla erməni siyasətçi arasında qalmaqal

Tokioda azərbaycanlı deputatla erməni siyasətçi arasında qalmaqal
Sakura

Tokioda azərbaycanlı deputatla erməni siyasətçi arasında qalmaqal

 

Yaponiyanın paytaxtı Tokioda Qadın Siyasi Liderlərin növbəti sammitində Azərbaycan deputatı Sahibə Qafarova ilə erməni siyasətçi arasında qalmaqal olub.

Oxu.Az-ın xəbərinə görə, sammitdə Azərbaycan nümayəndəsindən əvvəl Ermənistan təmsilçisi çıxış edib.

O, ölkəsinin işğalçılıq siyasətini ört-basdır etmək üçün faktları təhrif edib, uydurma fikirlər səsləndirib.

Bu isə azərbaycanlı millət vəkilinin narazılığına və kəskin etirazına səbəb olub.

Deputat Sahibə Qafarova dərhal söz alaraq, Ermənistanın bütün beynəlxalq hüququn prinsiplərini pozaraq işğalçılıq siyasətini davam etdirdiyini, işğal faktının aradan qaldırılması ilə bağlı beynəlxalq çağırışlara, BMT Təhlükəsizlik Şurasının Azərbaycan torpaqlarının dərhal və qeyd-şərtsiz azad olunmasına dair 4 qətnaməsinə və digər təşkilatlar tərəfindən qəbul olunan sənədlərə məhəl qoymadığını xatırladıb.

O bildirib ki, Ermənistan regional təhlükəsizliyə ciddi təhdid yaradan monoetnik bir ölkədir:

“İşğalçı ölkədə insan haqları kobud şəkildə pozulur, o cümlədən, qadınların hüquqlarının qorunmasına heç bir təminat yoxdur. Ermənistanda mövcud olan ciddi sosial böhran və iqtisadi geriləmə qadınların da həyat şərtlərini ağırlaşdırır.

Bütün regional layihələrdən kənarda qalan, heç bir iqtisadi perspektivi olmayan Ermənistanın yeganə çıxış yolu işğal siyasətini dayandırmaqdır”.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Winston Churchill, " Lawrence" və Əmir Abdullah Qüds. Gizli konfrans və 104 illik xaos

Redaktor seçimi

SON XƏBƏRLƏR