Slimfit
  1. SİYASƏT

Tokayev: “Qazaxıstanla Azərbaycan arasında münasibətlər yüksələn xətt üzrə inkişaf edir”

Tokayev: “Qazaxıstanla Azərbaycan arasında münasibətlər yüksələn xətt üzrə inkişaf edir”
Sakura

Tokayev: “Qazaxıstanla Azərbaycan arasında münasibətlər yüksələn xətt üzrə inkişaf edir”

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Bakını Xəzər regionunun mirvarisi və dünyanın ən gözəl şəhərlərindən biri adlandırıb.

Ens.az Oxu.az-a istinadən xəbər verir ki, Qazaxıstan liderinin mətbuat xidməti xəbər verir ki, o, bunu Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə deyib.

O, əlamətdar hadisə - ölkəmizin ərazi bütövlüyünün beynəlxalq hüquq normalarına və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq təmin edilməsi münasibətilə Prezident İlham Əliyevi və qardaş Azərbaycan xalqını təbrik edib:

“Bu, sizin güclü rəhbərliyiniz, dövlətçiliyin möhkəmləndirilməsinə, xalqın rifah halının yaxşılaşdırılmasına, Bakının dünya birliyində nüfuzunun artırılmasına yönəlmiş uzaqgörən və müdrik siyasətiniz sayəsində mümkün olub. Hesab edirəm ki, bu, həqiqətən də tarixi hadisədir”.

Kasım-Jomart Tokayev qeyd edib ki, Qazaxıstanla Azərbaycan arasında münasibətlər yüksələn xətt üzrə inkişaf edir:

“Yeni layihələr meydana gəlir. Biz təbii strateji tərəfdaşıq, Xəzər dənizinin sahil ölkələri olaraq qonşuyuq. Strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik əməkdaşlığının dərinləşdirilməsi haqqında Birgə Bəyannamənin qəbulu, eləcə də Ali Dövlətlərarası Şuranın yaradılması tarixi əhəmiyyət kəsb edib. Mən tamformatlı nümayəndə heyətini Bakıya gətirmək qərarına gəldim, çünki hesab edirəm ki, bugünkü görüş, əslində, Azərbaycanla tamformatlı danışıqlardır və iki ölkə arasında qarşılıqlı fəaliyyətin geniş spektri üzrə fikir mübadiləsi aparmaq üçün yaxşı fürsətdir”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynəlabdin Tağıyevin dəstəyi ilə təşkil olunan qızlar məktəbi, Bakı

Redaktor seçimi

SON XƏBƏRLƏR