Slimfit
  1. MARAQLI

“Titanik”dən fəlakət barədə siqnal verən teleqraf çıxarılıb təmir olunacaq

“Titanik”dən fəlakət barədə siqnal verən teleqraf çıxarılıb təmir olunacaq
Sakura

Marconi Telegrafı aysberqlə qarşılaşmazdan əvvəl göndərilən və qəbul edilən ismarıcları öyrənməyə imkan verəcək

Ens.az bildirir ki, bugünlərdə ABŞ federal məhkəməsi 108 il əvvəl Şimali Atlantikada batan Britaniya transatlantik gəmisi "Titanik”in  qırıntılarından Markoni teleqrafının çıxardılmasına razılıq verdi. 

Ekspedisiyaya uzaqdan idarə olunan robotdan (ROV) istifadə edərək “Titanik”in yuxarı göyərtəsinə çatmağı planlaşdıran RMS Titanic rəhbərlik edəcək. 

Teleqrafı əldə etmək üçün, ROV-a  fəlakət siqnallarının göndərildiyi radio otağının divarını "gəmirib deşmək" lazım olacaq.

Niyə bu məsələ Amerika məhkəməsi tərəfindən həll edildi? Məsələ ondadır ki, ABŞ Milli Okean və Atmosfer Administrasiyası RMS Titanic-i vandalizmdə ittiham edərək bu əməliyyata qarşı çıxırdı.

Hakim qərara aldı ki, Markoni teleqrafı "tarixi, maarifləndirici, elmi və mədəni dəyərləri" təmsil edir, deməli dənizin dibindən onun çıxarılması – nəcib  işidir.

"Bu teleqraf olmasaydı, heç bir fəlakət siqnalı göndərilməzdi, heç kim sağ qalmazdı və heç vaxt Titaniki tapa bilməzdik" RMS Titanic-in prezidenti Bretton Xançak deyib.

RMS Titanic, 2000-ci ildən bəri teleqrafı çıxarmaq  hüququ uğrunda mübarizə aparır, amma mənəviyyatçı qüvvələr daim məsələyə yenidən baxılması üçün xahişlər göndərərək onlara əngəl yaradırdı. 20 ildən sonra bəlli oldu ki, bu iş indi aparılmasa, heç vaxt mümkün olmayacaq, çünki Titanikin qırıntıları sürətlə dağılır. 

"İroniya burasındadır ki, Titanikdə teleqrafın yerləşdiyi yuxarı göyərtə səviyyəsində dağılma daha sürətli gedir. Əsas məqsədimiz, əbədi itirilmə riski olanı əldə etməyə yetişməkdir. " deyə Xançak izah edib. 

RMS Titanic komandası artıq bu il avqustun sonu və ya sentyabrın əvvəlinə planlaşdırılan missiyaya hazırlaşmağa başlamışdır.

Plan

ROV su altına və gəmiyə operatorun nəzarəti altında enəcək, radio otağını yoxlayacaq. Korpusda ən zəif nöqtəni taparaq, ROV divar və ya dam örtüyünü kəsəcək, içəriyə girərək bir sıra seriya çəkilişlər edəcək. Şəkilləri araşdırdıqdan sonra komanda "geri çəkilmə marşrutu" hazırlayacaq və Marconi teleqrafını xüsusi bir vasitə ilə götürərək səthə çatdıracaqdır.

Qeyd etmək lazımdır ki, qəza yerinin araşdırılması  tarixində gəminin kəsilməsinə  ilk dəfə icazə verildi.

"Teleqrafla birlikdə radio otağının dəqiq ölçülərini bilirik və bu, uşaqlara və mənə hər gün məşq etdiyimiz 3D simulyatoru yaratmağa imkan verdi. Əvvəllər komandamız Titanik’ə enmişdi, buna görə bu hadisə bizə sürpriz olmayacaq" deyib Xançak.

Böyük təcrübə

Hələ 1980-ci illərdə RMS Titanic, 5000 musiqi plastinkasını, not vərəqlərini və sərnişinlərin şəxsi əşyalarını səthə çıxartmaq üçün qəza yerinə enmişdi. 

Ancaq RMS Titanic komandası həmişə məhz Marconi teleqrafını əldə etməyi, onu bərpa etməyi və heç bir tarix dərsliyində yazılmayan şeyləri tapmağı xəyal edirdi.

"Marconi Telegrafı  “batmaz" Titanikdən məşhur qəmli  aysberqlə qarşılaşmazdan əvvəl göndərilən və qəbul edilən ismarıcları öyrənməyə imkan verərdi. Bir çox tarixçilərin həmişə bilmək istədikləri budur" Xançak ekspedisiyanın əhəmiyyətini izah edərək deyib. 

Mənbə: zen.yandex.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncəli kişilər məşhur Şah Abbas məscidi qarşısında. 1900-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR