Tikintisi 6 ildir yarımçıq qalan xəstəxana
Xəzər rayonunun Buzovna qəsəbəsində Professor Gindes adına Respublika Uşaq və Yeniyetmələr üçün Vərəm Xəstəlikləri Sanatoriyasının yeni binasının tikintisi yarımçıq qalıb.
Bizimyol.info xəbər verir ki, sanatoriyanın qarşısına vurulan məlumat lövhəsində yeni binanın tikintisinin 2012-ci ilin oktyabr ayında başlanıb, 2014-cü ilin sentyabr ayında başa çatması planlaşdılsa da, sanatoriyanın yeni binasının tikintisi yarımçıq qalıb.
Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirildi ki, sorğuya 05.11.2018-ci il tarixində cavab veriləcək.
Xatırladaq ki, bu sanatoriyanın yeni binasının tikintisi ilə əlaqədar Prezidentin sərəncamı ilə 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Səhiyyə Nazirliyinə 3 milyon manat vəsait ayrılıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət