Slimfit
  1. SİYASƏT

Ticarət-Sənaye Palatasının vitse-prezidenti: “Rusiyanın 70-dən çox subyekti Azərbaycanla əməkdaşlığı inkişaf etdirir”

Ticarət-Sənaye Palatasının vitse-prezidenti: “Rusiyanın 70-dən çox subyekti Azərbaycanla əməkdaşlığı inkişaf etdirir”
Sakura

Ticarət-Sənaye Palatasının vitse-prezidenti: “Rusiyanın 70-dən çox subyekti Azərbaycanla əməkdaşlığı inkişaf etdirir”

"Rusiyanın 70-dən çox subyekti Azərbaycanla əməkdaşlığı inkişaf etdirir, qarşılıqlı biznes missiyaları təşkil edən regional ticarət və sənaye palataları bu işdə fəal iştirak edir".

“Report”un Rusiya bürosu xəbər verir ki, bunu Rusiya Ticarət-Sənaye Palatasının vitse-prezidenti Maksim Fateyev deyib.

O qeyd edib ki, bu gün Rusiya Azərbaycanın əsas xarici iqtisadi tərəfdaşlarından biridir: "Azərbaycanda Rusiyanın iştirakı ilə 900-dən çox birgə müəssisə fəaliyyət göstərir. Energetika, maşınqayırma, sənaye, nəqliyyat və digər sahələrdə əməkdaşlıq genişlənir".

Rusiya Ticarət-Sənaye Palatasının vitse-prezidenti həmçinin Xəzər regionunun enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynadığını qeyd edib. "Biz region dövlətləri arasında mehriban qonşuluq, etimad, qarşılıqlı hörmət və onların iqtisadi potensialının inkişafı prinsiplərinə əsaslanaraq Xəzər regionunda sabitliyin və təhlükəsizliyin qorunması üçün lazım olan hər şeyi etməliyik", - o əlavə edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Florida, ABŞ

Redaktor seçimi

SON XƏBƏRLƏR