Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Tibb Universitetində bir ilk - Hibrid müdaxilə icra olundu

Tibb Universitetində bir ilk - Hibrid müdaxilə icra olundu
Sakura

Tibb Universitetində bir ilk - Hibrid müdaxilə icra olundu

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında ilk dəfə olaraq, xəstəyə hibrid müdaxilə həyata keçirilib. Eyni vaxtda həm invaziv müdaxilə, həm də cərrahiyyə əməliyyatı icra olunub.

Modern.az xəbər verir ki, ATU Tədris Terapevtik Klinikasının uşaq kardioloqu Elnur İmanovun sözlərinə görə, 3 aylıq körpəyə müayinə nəticəsində ağciyər arteriyasının stenozu diaqnozu qoyulub. Həmçinin, aparılan doppler müayinələrdə hər iki aşağı ətrafda - bud arteriya və venalarının inkişaf anomaliyası aşkarlanıb. Müdaxilə ATU-nun Tədris Cərrahiyyə Klinikasının kardio-cərrahı dr.Ramal Həsənovla birgə aparılıb. Dr. R.Həsənov tərəfindən qasıq bağından yuxarıda qasıq bağına paralel kəsik aparılaraq xarici qalça venası müdaxilə üçün hazırlanıb. Kardioloq Elnur İmanov invaziv mudaxilə nəticəsində xəstədə mövcud olan ağciyər arteriyasının stenozunu “Pulmonar Balon Valvuloplastikası” vasitəsilə aradan qaldırıb. Eyni zamanda, doktor Ramal Həsənov tərəfindən xarici qalça venasının rekonstruksiyası əməliyyatını həyata keçirilib.

Unikal əməliyyat “Mən artıq ürək qüsurlu deyiləm” şüarı ilə fəaliyyət göstərən ATU-nun Tədris Terapevtik Klinikasının Ürək mərkəzində aparılıb. Hər iki müdaxilə uğurla nəticələnib. Xəstə əməliyyatdan sonra 2-ci gün yaxşılaşma ilə evə yazılıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Winston Churchill, " Lawrence" və Əmir Abdullah Qüds. Gizli konfrans və 104 illik xaos

Redaktor seçimi

SON XƏBƏRLƏR