Dəyişikliyə əsasən bundan sonra...
Nazirlər Kabineti "Bakalavriat təhsilinin məzmunu və təşkili Qaydaları”nda dəyişiklik edib.
Dəyişikliyə əsasən bundan sonra bu Qaydalarla ali təhsilin bakalavriat səviyyəsi üçün müəyyən edilmiş müddəalar həm də əsas (baza ali) tibb təhsilinə onun xüsusiyyətləri nəzərə alınmaqla şamil ediləcək.
Qaydalara əsasən bakalavriat səviyyəsində ümumi auditoriya saatlarının 15-20 faizi humanitar fənlərin, 80-85 faizi isə peşə hazırlığını təmin edən fənlərin tədrisinə ayrılır. Dəyişikliyə əsasən Qaydalarda əsas (baza ali) tibb təhsili üçün bununla bağlı ayrıca norma müəyyənləşdirilib. Başqa sözlə, əsas (baza ali) tibb təhsilində ümumi auditoriya saatlarının 5-10 faizi humanitar fənlərin, 90-95 faizi isə peşə hazırlığını təmin edən fənlərin tədrisinə ayrılmalıdır.
Qüvvədə olan Qaydalara əsasən bakalavr təhsil proqramlarının fənn bölümlərinə daxil olan seçmə fənlərə ayrılan saatların həcmi ümumi saat miqdarının 25-30 faizini təşkil edir və həmin fənlər təhsil müəssisəsi tərəfindən müəyyənləşdirilir. Qərara əsasən bu sahədə də əsas (baza ali) tibb təhsili üçün ayrıca norma müəyyənləşdirilib. Əsas (baza ali) tibb təhsilində seçmə fənlərə ayrılan saatların həcmi ümumi saat miqdarının 10-15 faizini təşkil edəcək.
Mənbə: AzNews.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət