Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Təzyiqi və şəkəri salan, qaraciyəri təmizləyən göyərti. 3 faydalı resept

Təzyiqi və şəkəri salan, qaraciyəri təmizləyən göyərti. 3 faydalı resept
Sakura

Keşniş və keşniş toxumu insan sağlamlığı üçün çox faydalı və qiymətli məhsuldur

Keşniş və keşniş toxumu insan sağlamlığı üçün çox faydalı və qiymətli məhsuldur.

Bu yazıda saglamolun.az sizi keşnişin bilmədiyiniz faydaları ilə tanış edəcək.

Keşniş qanda şəkərin səviyyəsini tənzimləməyə yardım edir. Bu məqsədlə mütəxəssislər keşnişi dəmləyib çay kimi içməyi tövsiyə edirlər. 1 x.q. xırda doğranmış keşnişi fincanda isti suda (təxminən 100 ml su) dəmləyin, ilıq olanda 1 dilim limon əlavə edin və adi çay kimi için. Şəkərli diabetdən əziyyət çəkənlər daim bu faydalı çaydan içə bilərlər.

Bir çoxları bilmir ki, keşniş təzyiqi salmağa yardım edir. Yüksək təzyiqdən əziyyət çəkirsinizsə belə reseptdən istifadə edin. 1 ç.q. keşniş toxumunu 200 ml isti suda dəmləyin, ilıq olanda süzün və adi çay kimi için. Belə dəmləmə həmçinin böyrəkləri və qaraciyəri də əla təmizləyir.

Keşnişin tərkibində olan qiymətli maddələr onu qaraciyər üçün əvəzolunmaz məhsul edir. Keşniş qaraciyəri təmizləyir, onun fəaliyyətinə müsbət təsir edir.

Keşnişin tərkibində olan bəzi maddələr orqanizmə antibakterial təsir edir. Bu səbəbdən keşnişi hətta "təbii antibiotik" adlandırırlar.

Keşniş orqanizmi ağır metalların duzlarından təmizləyir. Ümumiyyətlə bu adi göyərti orqanizmə çox güclü təmizləyici təsir edir. Naturopatlar orqanizmi təmizləmək məqsədi ilə keşnişi müxtəlif smuzilərin tərkibinə daxil etməyi tövsiyə edirlər. Məsələn, 1 dəstə keşniş, 1 alma, 1 portağal blendirdə qarışdırılır, bir az su əlavə olunur və içilir.

Keşniş həzm proseslərinə çox müsbət təsir edir, bağırsaqların fəaliyyətini yaxşılaşdırır.

Xolesterinin səviyyəsini salan keşniş ürək və damar xəstəliklərindən də qoruyur.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Jeledən Tetris

Redaktor seçimi

SON XƏBƏRLƏR