Slimfit
  1. MARAQLI

Tez yağlanan saçlar üçün təbii vasitələrlə maska

Tez yağlanan saçlar üçün təbii vasitələrlə maska
Sakura

Tez yağlanan saçlar üçün təbii vasitələrlə maska

Saçlar nə üçün yağlı olur? Əslində saçlar deyil, başın dərisi yağlı olur. Bu isə tük follikulları ilə yanaşı yerləşən piy vəziləri tərəfindən piyin artıq dərəcədə ifraz olunması nəticəsində baş verir.

Əgər saçların yağlı olması sizə irsi olaraq ötürülmüşsə, bu halda da dilxor olmaq lazım deyil. Düzgün qulluq edilməsi sizin saçlarınızı da sağlam, elastik və gözəl edə bilər. 

Milli.Az tez yağlanan saçlar üçün təbii maskaları təqdim edir:

1. Yuyulmamışdan qabaq yağlı saçlara kefir və ya qatıq sürtərək 15-20 dəqiqə ərzində dəsmalla bağlamaq da çox xeyirli hesab olunur. Sonra saçları şampun ilə yuyub sirkə qatılmış su ilə yaxalayın.

2. 3 xörək qaşığı palıd qabığının üzərinə 1 litr qaynar su töküb, ağzı bağlı şəkildə minalanmış qabda 15 dəqiqə qaynadın, soyudun və süzün. Sonra dəmləməni səliqə ilə başın dərisinə sürtmək, 20-30 dəqiqədən sonra isə saçları yumaq lazımdır.

 

3. Əgər xardala qarşı dəri reaksiyanız yoxdursa, saçlarınızı yuyarkən 1 xörək qaşığı xardalı 1 litr ilıq suda qarışdırdıqdan sonra bu qarışıqla bir neçə dəfə saçlarınızı yaxalayın. Sonra saçlarınızı yaxşı-yaxşı yuyun və yaxalayın.

4. Heyvanın kötüyünü tumları ilə birlikdə kəsin, xırda doğrayın və üzərinə 1 stəkan su töküb qaynayana qədər saxlayın. Alınan dəmləməni soyudun və başın dərisinə sürtün. Bu dəmləmə saçların yağlılığını azaldacaq.

5. Xırda doğranmış 2 xörək qaşığı bağayarpağını 1 xörək qaşığı kefir ilə qarışdırıb alınan tərkibi yaş saçlarınıza vurub sellofan və xovlu dəsmalla örtün. 30 dəqiqədən sonra yuyun.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Italiya

Redaktor seçimi

SON XƏBƏRLƏR